Böyük Britaniyanın mərhum və tarixi baş naziri Uinston Çörççilin çəkdiyi "Çertvelledəki göldə qızıl balıqlarla" rəsm əsəri Londonda keçirilən auksionda 2,8 milyon ABŞ dollarına satılıb. "gazeta.ru"-nun yazdığına görə, bu satış auksionda keçirilən daha öncəki ticarət rekordlarını qırıb. Belə ki, həmin vaxt Uinston Çörççilin digər rəsm əsəri alıcıya milyon funt ucuz başa gəlmişdi.
Satılan rəsm əsəri siyasətçinin qızı Meri Somasın 2014-cü ildə baş verən ölümündən sonra satışa çıxarılıb. Belə ki, adıçəkilən rəsm əsəri Oksfordda yerləşən evlərdən birinin çardağından tapılıb.
Xatırladaq ki, Britaniya hökumətinin rəhbəri olmuş Çörççil yağlı boya ilə rəsm əsərləri çəkmək həvəskarı olub. Lakin özünü peşəkar rəssam hesab etmədiyi üçün yaratdığı əsərlərə imzasını qoymayıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB