Qara məxməri “Rolls Royce Phantom” FOTO

Qara məxməri “Rolls Royce Phantom” FOTO

Bugünlərdə Londonun tanınmış "Harrods" maqazini qarşısında qiyməti 300 min funt-sterlinq dəyərində olan və üzəri qara məxməri örtükdə olan "Rolls Royce Phantom" avtomobili peyda olub. SİA-ya daxil olan məlumata görə, məlum olub ki "Rolls Royce Phantom"a qara məxməri "Raccoon" avtoservisinin ustaları hazırlayıb. Onlar öz işlərinə 3 il zəmanət də verirlər.

Qeyd edək ki, bu gün avtomobillərin məxməri örtüklə bəzədilməsini Avropa məkanında yalnız bir kompaniya – Fransa firması Velvet Car reallaşdırır. Belə ki, adıçəkilən firma istənilən maşına istənilən rəngdə olan məxmər örtük əlavə edir.

Sözügedən material xüsusi yapışqanla yapışdırılır və ən sərt havada belə məxmər örtüyə heç bir xələl dəymir. "Rolls Royce Phantom" avtomobilini görənlər isə bu maşının şəklini çəkir, hətta ona toxunurdular.

Xatırladaq ki, ötən il Londonda daha bir "Rolls Royce Phantom" avtomobili svarovski daşları ilə bəzədilmişdi. Lakin onda maşına maraq göstərənlə onun üzərindən həmin daşları qoparmağa çalışıblar. Bu dəfəki vəziyyətdə isə məxməri ötrüklə örtülmüş avtomobilin üzərindən nə isə qoparmağa lüzm qalmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə