Robot-balıq sınaqdan keçirildi

ABŞ hərbi dəniz qüvvələrinin mühəndisləri sualtı kəşfiyyat üçün nəzərdə tutulan robot-balığın sınağını keçiriblər. Layihənin dəyərinin 1 milyon dollar olduğu bildirilir. "The Washington Post" qəzeti xəbər verir ki, uzunluğu 1,5 metr, çəkisi isə 45 kiloqram olan qurğu zahirən balığa bənzəyir, onun hərəkətini tam olaraq yamsılayır və səssiz üzə bilir. Nə pər, nə də reaktiv motorla təchiz edilməyən robot-balıq üzərkən yalnız quyruğunun hərəkətindən istifadə edir. Onu həm məsafədən idarə etmək, həm də avtonom rejimə keçirmək olar.

Qəzet qurğunun artıq gələn ildən etibarən ölkənin hərbi dəniz qüvvələrinin sərəncamına verilə biləcəyini yazır.

Bütün xəbərlər Facebook səhifəmizdə