Beyin xərçəngi diaqnozu qoyulan oğlunun ad günü üçün atası Mayk Vilson onun ən sevdiyi cizgi film qəhrəmanı "Spider man" kostyumu geyinərək sürpriz edib. SİA-nın məlumatına görə, beşinci yaş gününü qeyd edən Ceydenin həkimlər bundan sonra bircə il yaşayacağını bildiriblər.
Buna görə də oğlunu çox sevən Mayk Vilson onun sonuncu doğum günün yaddaqalan etmək üçün belə bir xoş sürpriz edib. Çətin günlər keçirən Ceyden qarşısında "spider man"i görəndə əvvəl təəccüblənib, sonra isə çox sevinib.
Sonradan atası olduğunu anlayan balaca onu qucaqlayıb. Bütün bunlar isə gizli kamera ilə videoya çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB