YouTube rəhbərliyi yola salmağa hazırlaşdığımız 2014-cü ilin nəticələrini açıqlamaqda davam edir. SİA xəbər verir ki, bununla bağlı növbəti nəticələr ən çox baxılan 10 kliplə bağlı olub.
Beləliklə, ən populyar musiqi çarxı Keti Perrinin "Dark Horse" klipi olub. Bu klipə nə az, nə çox 717 120 382 dəfə baxılıb və birinci yerə layiq görülüb.
2-ci yer məşhur Enrike İqlesiasa aiddir. Onun alovlu "Bilando" klipinə baxmaq üçün 589 430 897 nəfər "play" düyməsinə basıb.
3-cü yeri isə Şakira və Rihanna bölüşür. Ulduzların "Can't Remember to Forget You" klipinə 443 412 502 nəfərin baxması yaradıcılıq şedevrini dünya hitinə çevirib. Digər sıralamalar isə bu müğənnilərə aiddir:
4. Şakira - "La La La" ("Brazil 2014")
5. Ceyson Derulo və Snup Diqq - "Wiggle"
6. İggi Azaliya və Charli XCX Fancy "Explicit"
7. Sia – "Chandelier"
8. Tüylor Sbift – "Shake It Off"
9. Meqan Treynor – "All About That Bass"
10. Nikki Minaj - "Anaconda"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB