Təsadüf, yoxsa qətl: Üçü də eyni gündə öldü

Təsadüf, yoxsa qətl:  Üçü də eyni gündə öldü

11 sentyabrda Dünya Ticarət Mərkəzinin xarabalıqlarında çalışan 3 yanğınsöndürən eyni gündə həyatını itirib. Fövqəladə Hallar rəsmisi Daniel Nigro bildirib ki, Hovard Bischoff, Robert Leaver və Daniel Heglund adlı 3 yanğınsöndürən terror aktı nəticəsində xilasetmə işlərində iştirak etdib.

Xarabalıqdan yayılan zəhərli qazın səbəb olduğu xərçəng xəstəliyi yanğınsöndürənlərə aman verməyib. Onların 3-ü də eyni gündə dünyasını dəyişib. Qeyd edək ki, əkiz qüllələrin xarabalıqlarındakı axtarış xilasetmə işlərinə qatılan minlərlə insana, illər sonra tənəffüs narahatlıqları və müxtəlif başqa xəstəlik diaqnozları qoyulmuşdu.

Baş vermiş partlayışdan keçən 13 il ərzində ilk müdaxilə qrupundan yüzlərlə insan hadisə yerindəki zəhərli tüstünün təsirinə məruz qalıb. Onlardan bir çoxu xərçəng xəstəliyinə tutulub. Lakin həkimlər və tədqiqatçılar 11 sentyabr hücumları və bu xəstəliklər arasında bir əlaqə tapa bilməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə