Heç düşünmüsünüz insanın gözü özündə nələri gizlədir? Yaxud nədən edam edilən məhkumun gözlərini bağlayırlar? SİA bu və digər suallarınıza cavab olaraq aşağıdakı araşdırmanə təqdim edir.
"Ölümcül baxış": Bu hadisə Rusiyada baş verib. Gizli müşavirə keçirən müdir öz işçilərindən birini tənqid edir. Bunun qarşılığında heçnə deməyən işçi müdirinə sadəcə kinli baxışlarla baxmaqla kifayətlənir. Bir neçə dəqiqədən sonra müdir yerə yıxılır. Həkimlər gəlir və ölən şəxsin ürək çatışmazlığından vəfat etdiyini bildirirlər. Faktla bağlı cinayət işi açılır. İşi aparan müstəntiq çıxılmaz vəziyyətə düşür. Çünki, baş verən hadisədə cinayətkar mövcud deyil, cinayət tərkibini tapmaq mümkün olmur. Bu hadisəni eşidən bir çox alimlər isə müdirin ölüm səbəbini "ölümcül baxış"la əlaqələndirirlər.
Gözdəymə yaxud nəzər: Gözlər insana qəzəblə, həsədlə, hətta qibtə ilə tuşlananda onu kəsə, zədələyə, hətta hərəkətini əks istiqamətə çevirə bilər. Əgər gözün şüası ürəyin üstündəki cərəyan burulğanına düşsə, ürək, mədəyə düşsə mədə xəstələnir . Belə nöqtələr isə orqanizmdə 24 yerdədir ki, onlar daim hərəkətdədir.
"Bioenergetik" gözdəymə mənfi təsirdir. Ehtimal olunur ki, müəyyən səbəblərdən bədəndə toplanran pozitiv və ya neqativ enerji münbit şərait yarananda insanın baxışından kənara çıxır. Gözlər, ruhi funksiyaları və beyin gücünü ən rahat və ən təsirli şəkildə istifadə edə bilən orqanlarımızdı.
İslamda gözdəymənin qarşısını almaq üçün müəyyən ifadələrdən istifadə edilir. Yəni adamın bəyəndiyi bir şeyə israrla baxması halında ona, "Allah diləməzsə heç bir şey olmaz" mənasını verən "Maşallah" və ya "Allahın bərəkəti üzərinə olsun" mənasını verən "Bərəkallah" deməsi tövsiyə edilir.
Gözlərin rəngi nəzərin təsir gücünə təsir edən amillərdəndir. Məsələn, qəhvəyi və yaşıl gözlü insanlar daha çox nəzərə gəlir. Ən təsirli nəzər şüaları isə mavi və qonur rəngli gözlərdə yaranan şüalardır. Mavi gözlü insanlar ən çox qəhvəyi, boz, yaşıl, qonur və qara gözlülərə nəzər vura bilər. Qonur gözlülər mavi, qara, qəhvəyi, boz, yaşıl gözlülərə, yaşıl gözlülər boz, qara, qəhvəyi, qonur və mavi gözlülərə mənfi nəzər şüası verə bilir.
Qadınların nəzəri kişilərdən daha güclüdür.
Qeyd edək ki, gözdəymə əleyhinə taxılan mavi rəngi muncuqlar isə simvolik xarakter daşıyır .
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB