Ən bahalı 100 brend

"Interbrand" - beynəlxalq reytinq agentliyi 2014-cü ildə dünyanın ən bahalı 100 brendini açıqlayıb. SİA-nın məlumatına görə, agentlik ötən ilə nisbətən siyahıdakı yerdəyişmələri də nəzərə alıb. Bu ilki reytinq siyahısında 2 sığorta şirkəti də yer alıb. Bunlar Fransanın sığorta nəhəngi "AXA" və Almaniyanın ən böyük sığorta şirkəti "Allianz"dır. Ən Yaxşı Qlobal Brendlər reytinqində "AXA" 8 milyard 120 milyon dollarlıq dəyəri ilə 53-cü, "Allianz" isə 7 milyard 702 milyon dollarlıq dəyəri ilə 55-ci sırada yer alıb. "AXA" brendinin dəyəri ötən ilə nisbətən 14, "Allianz"ın dəyəri isə 15 artıb. 13 texnologiya şirkətinin daxil olduğu reytinq siyahısında ilk onluqda "Apple", "Google", "Microsoft" və "Samsung" şirkətləri də yer alıb.

Qeyd edək ki, "Interbrand" IBM də nəzərə aldıqda, ilk onluğun yarısı informasiya texnologiyaları şirkətləri olduğunu bəyan edib."Interbrand" - beynəlxalq reytinq agentliyi 2014-cü ildə dünyanın ən bahalı 100 brendini açıqlayıb. SİA-nın məlumatına görə, agentlik ötən ilə nisbətən siyahıdakı yerdəyişmələri də nəzərə alıb. Bu ilki reytinq siyahısında 2 sığorta şirkəti də yer alıb. Bunlar Fransanın sığorta nəhəngi "AXA" və Almaniyanın ən böyük sığorta şirkəti "Allianz"dır. Ən Yaxşı Qlobal Brendlər reytinqində "AXA" 8 milyard 120 milyon dollarlıq dəyəri ilə 53-cü, "Allianz" isə 7 milyard 702 milyon dollarlıq dəyəri ilə 55-ci sırada yer alıb. "AXA" brendinin dəyəri ötən ilə nisbətən 14, "Allianz"ın dəyəri isə 15 artıb. 13 texnologiya şirkətinin daxil olduğu reytinq siyahısında ilk onluqda "Apple", "Google", "Microsoft" və "Samsung" şirkətləri də yer alıb.

Qeyd edək ki, "Interbrand" IBM də nəzərə aldıqda, ilk onluğun yarısı informasiya texnologiyaları şirkətləri olduğunu bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə