Vanderbilt Universitetinin (ABŞ) mühəndisləri və tibb əməkdaşları kəllə qapağını deşmədən insan beynində əməliyyat aparan robot-cərrah yaradıblar.
Alimlər mexanizmin işlənib hazırlanmasına 5 il vaxt sərf ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, indi robot kəllədən deyil, yanaqdan deşik açıb keçməklə baş beyində əməliyyat edir: robot nikel-titan ərintisindən hazırlanmış xüsusi iynəni yanaqdan beyinə yönəldir və mütəxəssis-cərrahlar bu aləti MRT-skaner vasitəsilə idarə edirlər.
Tədqiqatçılar qeyd edirlər ki, hələlik təcrübələr yalnız manekendə aparılıb. Lakin 10 ildən sonra, mütəxəssislərin planlaşdırdıqları kimi, robot-cərrahları xəstəxanaların əməliyyat otaqlarında görmək mümkün olacaq və onlar həqiqi əməliyyatlar edəcəklər.
Alimlər ümid edirlər ki, robot-cərrahlar epilepsiya xəstələrinin beyninə operativ müdaxilələr edəcək. Bu xəstəliyə tutulanları müalicə etmək üçün beynin aşağı hissəsinə yol tapmaq lazımdır. Bu zaman isə yanaqdan müdaxilə ən yaxşı variantdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB