Siçanlar kişilərdən qorxur, qadınlardan isə yox SƏBƏB

Siçanlar kişilərdən qorxur, qadınlardan isə yox SƏBƏB

"Siçan və siçovullar kişilərin əhatəsində çox böyük stress keçirirlər. Qadınların yanında isə əksinə rahat olurlar. SİA-nın məlumatına görə, bu barədə The New York Times məlumat yazıb. Məlumatda qeyd edilir ki, bu gəmiriciləri kişilərlə bir otağa salanda və ya onlara hansısa kişinin hətta bir dəfə geyindiyi köynəyi göstərəndə, orqanizmlərində kortikosteron hormonu sıçrayışı baş verir. Orqanizmdə stressin səviyyəsinə cavabdeh olan məhz bu hormondur.

Kortikosteron həm də analgetik təsirə malikdir, ona görə də təcrübə zamanı ağrı tətbiq olunan siçanlar və siçovullar dözüm nümayiş etdiriblər.

Analoji təcrübə qadınların iştirakı ilə də aparılıb. Lakin zərif cinsin nümayəndələrinin əhatəsində gəmiricilər özlərini tam rahat hiss ediblər.

Qeyd edək ki, araşdırmaların müəllifi Makqil Universitetinin psixoloqu Cefri Mocildir. Hazırda araşdırmalarını davam etdirən Mocil, ilkin versiya kimi siçanların qadın və kişilərə fərqli reaksiyasını insanların bədənlərinin xüsusi qoxusu ilə əlaqələndirir.

Bütün xəbərlər Facebook səhifəmizdə