Tərkibində kaliumun miqdarı yüksək olan ərzaqlar insultun qarşısını alır

Tərkibində kaliumun miqdarı yüksək olan ərzaqlar insultun qarşısını alır

ABŞ-ın Merilend ştatındakı Milli Ürək, Ağciyər və Qan İnstitutunun mütəxəssisləri əmindirlər ki, tərkibində kaliumun miqdarı yüksək olan ərzaqlar insultun inkişafının qarşısını almağa və bütövlükdə ürək-damar patologiyası riskini azaltmağa kömək edir.

"Stroke" jurnalı xəbər verir ki, tərkibində kaliumun miqdarı yüksək olan ərzaqlar hər hansı etiologiyalı insult riskini 12 faiz, işemik insult riskini isə 16 faiz azaldır. Kaliumun miqdarı banan, alma sirkəsi və balın tərkibində daha çoxdur. Vitamin və mikroelementlərlə zəngin xüsusi əlavələr də faydalıdır.

Qeyd edək ki, kalium çatışmazlığı adətən əzələ zəifliyinə və süstlüyə gətirib çıxarır. Amerikalı alimlərinin gəldiyi qənaət insanın düzgün qidalanmasının nə dərəcədə əhəmiyyətli olduğunu bir daha təsdiq edir. Sağlam həyat tərzinin əsasında hər gün təzə meyvə, ət və balıqla qidalanmaq və yağlı yeməklərdən imtina etmək durur. Bu, həm də xəstəliklərdən yaxa qurtarmağın ən yaxşı profilaktikasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə