Bir insanın beynindən digərinə məlumat göndərilib

Müasir texnologiyalar tamamilə ağlasığmaz işlər görməyə imkan yaradır. Bəşəriyyət fikirlərin məsafəyə ötürülməsini çoxdan arzu edirdi. İndi bu arzu gerçəkləşib. Xarici KİV-lərə istinadla xəbər verilir ki, alimlər elektroensefaloqraf cihazından istifadə edərək bir insanın beynindən digərin insanın beyninə məlumat göndəriblər. Bu məlumat Hindistandan Fransaya gəlib. Beyin fəaliyyətini qeydə alan qurğu bir insanın baş beyninin fəaliyyətini elektron şəkildə yazıb. Alimlər həmin informasiyanı ikilik koda çevirərək ünvan sahibi tərəfindən asanlıqla şifri açıla bilən şəkildə təqdim ediblər.

Qeyd etmək lazımdır ki, eksperimentdə Hindistandan və Fransadan iki könüllü iştirak edib. Fikir şifrlənib ötürüldükdən sonra şifrin açılması uğurlu olub. Alimlər hesab edirlər ki, tezliklə istifadəçilər rəqəmsal qurğularla sinir sistemi ilə birbaşa kontakt səviyyəsində qarşılıqlı təsir yarada biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə