Qızıldan olan zeytun yağı istehsal olunub FOTO

Qızıldan olan zeytun yağı istehsal olunub FOTO

İtaliyada eksklüziv, xüsusi ekstraktlı zeytun yağı istehsal olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yağ Fransada müxtəlif növ lüks, dəbdəbəli mallar üzrə ixtisaslaşmış Hermes adlı moda evinin xüsusi sifarişi əsasında istehsal olunub.

Historie d’O adlı zeytun yağının qabı incə ətir şüşəsini xatırladır.

Məhsulun iki: sadə və ultralyüks növləri var. Növlər xüsusi texnologiya vasitəsilə, ən təzə zeytunlardan hazırlanır.

Lakin yağın ultralyüks variantının o birisindən fərqi tərkibində 23 karat yeməli qızılın olmasıdır.

Yağ Spongano şəhərində istehsal olunur. Məlumata görə, sözügedən şəhərdə Hermes şirkətinin nəticəsi ilə həyat yoldaşı 5 hektar əraziyə malik olan zeytun meşəsinə sahiblik edirlər.

Tezliklə eksklüziv məhsul Londonun ərzaq rəflərində satışa çıxarılacaq. Yağın 500 ml-si 50 funta satılacaq. Lakin yağın "qızıl" variantı məhdud miqdarda və yalnız xüsusi sifarişlər əsasında satışa çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə