Yayı fəsadsız keçirməyin yolları
Beyninizi qorumağın 10 yolu

İsti yay günlərində sağlamlıqla bağlı problemlərin yaranması qaçınılmazdır. Məsələn, təzyiq düşür, maye çatışmazlığı bir sıra fəsadlar yaradır, halsızlıq, yorğunluq müşahidə edilir, iflic riski artır.

Bəs yay aylarında, əsasən də başımızı, beynimizi istidən qorumaq üçün nə etməliyik?

Beyni qorumağın 10 sadə yolunu təqdim edirik.

Saat 11:00-dan 16:00-a kimi açıq havada olmayın.

Çölə çıxanda mütləq başınızı bağlayın.

Bol-bol su için

Daha yüngül yeməklər yeyin

Gecələr yatdığınız məkanı sərin, havalı və səssiz edin. Azı 7 saat yatın.

Spirtli içkidən uzaq durun

Qapalı məkanlarda istirahət edin

Günün sərin saatlarında azı 30 dəqiqə açıq havada gəzin

Başınız hərlənsə, ürəyiniz bulansa həkimə müraciət edin

Təzyiq, ürək dərmanı atmamışdan öncə mütləq təzyiqinizi ölçdürün.

Bütün xəbərlər Facebook səhifəmizdə