Dünyanı stratosferdən izlə

Artıq dünyaya stratosferdən tamaşa etmək mümkün olacaq. Özü də hava şarından. Amerikalı mütəxəssislər yeni layihəni artıq sınaqdan keçiriblər.

Dünyaya yuxarıdan baxmaq istəyənlər arzularını reallaşdıra biləcəklər. ABŞ-ın Arizona ştatında fəaliyyət göstərən "World wire Enterprises" şirkəti stratosferə hava şarı göndərəcək.

Hazırda sınaqdan keçirilən hava şarı 2016-cı ildə səmaya turistləri daşıyacaq. Helium qazı ilə işləyən şara bağlanacaq 1,1 milyon kubluq polad kapsullar 2 saat ərzində istənilən məsafəyə hərəkət edə biləcək.

37 kilometr yüksəkliyə çıxan hava şarı təcili vəziyyətlərdə paraşüt kimi təhlükəsiz formada yerə enə bilir. Dünya mənzərəsini bu hava şarı ilə seyr etmək istəyən turistlər üçün bir nəfərlik bilet 75 min dollardan satışa çıxarılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə