Əvvəlcə şişi odda qızdırırlar...

Sonra isə qoyun-quzunu yerə yıxıb üzlərinə damğa vururlar
Əvvəlcə şişi odda qızdırırlar...

Qubanın dağlıq kəndlərinin bir çoxunda xırdabuynuzu heyvanlara dağ basırlar. Bu üsul heyvanlara zülm versə də, tərəkəməçiliklə məşğul olanların tək dərdi onların otlaqlarda digərlərilə dəyişik düşməməsidir.

Öz mənfəətləri naminə heyvanlara izdirab verən sahibkarlar, damğadan əvvəl heyvanı rəngləmək və yununu qırxmaq kimi üsullara əl atdıqlarını deyirlər. Amma müəyyən vaxtdan sonra boyanın getməsi, yunun isə uzanması əlavə zəhmət tələb etdiyindən çıxış yolunu damğada görüblər.

Qızdırılmış şişi bir müddət üzdə saxlayırlar ki, iz dəridən ətə keçsin və heyvan tələf olana qədər bu izlə yaşasın. Damğaların isə forması müxtəlif olur.

Mütəxəssislər isə heyvanlara qarşı daha mülayim davranmağın vacibliyini vurğulayırlar...

Bütün xəbərlər Facebook səhifəmizdə