Növbəti "Avromilyon" lotereya oyununda yeddi rəqəmi düzgün taparaq bəxt ulduzu parlayan ispaniyalı bir anda milyoner olmuşdur. O, lotereyada 140 milyon avro udmuşdur. Uduş sahibinin kimliyi hələlik gizli saxlanılır.
Bu, "Avromilyoner" lotereya oyunu tarixində beşinci böyük uduş hesab olunur. 2012-ci ildə ən böyük uduş – 190 milyon avro Böyük Britaniyalı xanıma qismət olmuşdu.
Xatırladaq ki, bu lotereya oyunu Fransa, Böyük Britaniya, İspaniya, Lüksemburq, Belçika, İsveçrə, Portuqaliya, İrlandiya və Avstriyada keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB