"Spittser" kosmik teleskopu fəzada ən sıx bulud aşkar edib. Alimlərin fikrincə, bu buludda artıq ulduzların yaranması prosesi başlanıb. NASA-nın saytında xəbər verilir ki, buludun uzunluğu təqribən 50 işıq ilinə bərabərdir. Buludda 70 minə yaxın ulduz əmələ gələ bilər.
Alimlərin fikrincə, bu ulduzlar ən böyük ulduzlar sinfinə aiddir: onlar Günəşdən təqribən 20 dəfə böyükdür, bu ulduzların kütləsi isə Günəşinkindən bir-iki dəfə çoxdur. Ulduzların səthində temperatur Selsi şkalası ilə 30 min dərəcəyə çata bilər. Belə ulduzlar öz ömrünü tez bitirərək ən yeni ulduzlara çevrilir. Ağır kosmik ulduzlar Kainatda ağır elementlərin əsas mənbələrindən biridir.
Hazırda kosmik bulud qaranlıqdır, o əslində təkrar infraqırmızı şüalar buraxmır. Lakin ulduzların doğulması prosesində bu vəziyyət dəyişəcəkdir və bulud nura boyanacaqdır.
Aşkara çıxarılmış buludda doğulan ulduzlar spektral O sinfinə aiddir. Alimlər belə obyektlərin necə yarandığını hələlik müəyyən edə bilməmişlər. İndi astronomlar kosmik buludda ulduzların yaranmasını təhlil və müşahidə edirlər. Beləliklə, onlar nəhəng gənc ulduzların yaranması mexanizmlərini izah edə biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB