Onun nəvələrinin sayı -hesabı yoxdur. Türkiyənin Şanlıurfa bölgəsində yaşayan 95 yaşlı İmam Kaçkan 17 övlad sahibidir. Ancaq bu övladlardan dünyaya gələn uşaqlar yüzlərcədir. 25 il dini xadim kimi fəaliyyət göstərən qoca 1975-ci ildə təqaüdə çıxıb. Ancaq sonrakı dövrdə də məsciddə könüllü olaraq işləyib.
Kaçkanın ən böyük övladının 70, ən kiçik övladının isə 17 yaşı var. Onun ahıl yaşda olan övladlarının da nəvələri var. Bütün bu nəvə, nəticə və kötücələrinin sayı isə ümumilikdə 600-ə yaxındır.
9 il əvvəl iflic olan böyük ailənin başçısı yataq xəstəsidir. Qocanın ən böyük təsəllisi nəvələrinin onu ziyarət etməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB