Fiziki qüsurlu balaca uşaq, bütün gün avtobus dayanacağında ayağından zəncirlənmiş halda gözləyir
Dünyanı şoka salan nənə ŞOK

Fiziki qüsurlu balaca uşaq, bütün gün avtobus dayanacağında ayağından zəncirlənmiş halda gözləyir. Hər kəsi şoka salan görüntünün səbəbkarı isə 9 yaşlı körpənin nənəsidir. Xarici mətbuatın xəbərinə görə, Hindistanda yaşanan bu ürək sızladan hadisədə yaşlı qadın işə gedə bilmək üçün nəvəsini hər gün avtobus dayanacağına zəncirləyir.

Ayaq biləyindən dayanacağa zəncirlənən bu balaca oğlan yayın o qaynar istilərində də orda eləcə gözləməli olur. Mumbayda yaşayan 9 yaşlı Lakhan Kale nə eşidir, nə də danışır. Keçirdiyi iflic xəstəliyi ucbatından gündəlik ehtiyaclarını ödəyəcək vəziyyətdə deyil. Nə anası var, nə də atası. Atası rəhmətə getdikdən sonra anası onu tərk edib. Onu saxlayan nənəsi işə gedə bilmək üçün bunu etmək məcburiyyətindədir.

Sakhubai Kale adlı 66 yaşlı yaşlı qadın, evi olmadığı üçün işə gedəndə onu dayancağa zəncirləməli olduğunu deyib.

Epilepsiya xəstəsi olan Lakhan Kale polislər tərəfindən qorunur.

Bütün xəbərlər Facebook səhifəmizdə