Amerikalılar suyu süzən kitab buraxıblar

Amerikalılar suyu süzən kitab buraxıblar

Təmiz içməli su inkişaf etməkdə olan ölkələrdə çox qiymətlidir. Virciniya Universitetinin (ABŞ) mühəndisləri süzgəc-kitab buraxmaqla içməli su probleminin həllinə doğru bir addım atıblar. Kitab ibrətamiz məzmundadır: burada çirkli sudan istifadənin təhlükəli olduğu bildirilir.

Bu kitabın səhifələri suyu təkcə çirkdən deyil, həm də bakteriyalardan, hətta vəba çöplərindən təmizləyə bilən materialdan hazırlanıb. Müəyyən həcmdə içməli su əldə etmək üçün bir səhifəni konteynerə qoyub suyu üstünə tökmək lazımdır. Bir neçə dəqiqədən sonra konteynerin altlığında Amerika standartlarına tam uyğun olan çox təmiz su olacaqdır.

Hər bir süzgəc kitabdan təqribən 30 gün istifadə oluna bilər. O, istifadəçini 5000 litr təmiz su ilə təmin edəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə