Oklahoma əyalətində yerləşən Eufala gölündə balıq tutan Dave Harrell, tilovu ilə nəhəng bir timsah yeyən tısbağa tutub. Eufala gölündə balıq tutmaq üçün qayıqla göldə üzdüyünü bildirən Dave Harrell, tilovu ilə tutduğu timsah yeyən tısbağanı görən zaman çox təəccüblənib. Nəhəng tısbağanın ağırlığının 70 kiloya yaxın olduğunu ifadə edən balıqçı, heyvanın tikanlı və tarixdən əvvəl qalmış görüntüsündən qorxduğunu söyləyib. Qayığına çəkilməyi güclüklə bacaran Harell, tısbağa ilə şəkil çəkdirdikdən sonra onu canlı halda gölə buraxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB