Bəy müğənni xanımla yoxa çıxdı
Bakıda toyda maraqlı olay

Azərbaycanda toyda maraqlı hadisə baş verib. Belə ki, bir həftə öncə paytaxtdakı restoranların birində bəy axşam saatlarında toya çağırılan gənc müğənni xanımla birgə yoxa çıxıb. Bu barədə toyda iştirak edən şəxslərdən biri məlumat verib.

O bildirib ki, bəyin və gəlinin valideynləri bundan şoka düşüblər. Onlar elə hesab ediblər ki, bəy həmin müğənnini qaçırıb.

Təclili bəyin axtarışına başlayıblar.

Gəlinin valideynləri toyu pozmaq istəsələr də, oğlan tərəf xahiş edib ki, məsələni böyütməsinlər. Bir saatdan sonra bəy həmin müğənni ilə yenidən restorana qayıdıb.

Bundan sonra da toy bir saat davam edib. Gərginliyi hətta qonaqlar da hiss ediblər.

Toyu idarə edən tamada isə bunu "bəyin oğurlanması" kimi izah edərək gərginliyə son qoymağa çalışıb.

Bəylə müğənininin hara getməsi bəlli olmasa da, bir masada əyləşən bəylə gəlin bu hadisədən sonra bir kəlmə kəsməyiblər.

Müğənninin adı bizə bəlli olsa da, etika xatirinə açıqlamırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə