Həyatımızda bir sevgilimizin olmasını istəməmizin əsl səbəbləri nə ola bilər? Səbəb birlikdə yemək yemək, televizora baxmaq, dərdlərimizi bölüşmək və başqa bu cür işləri bərabər etməkdirsə, bunu ailəmizlə, dostlarımızla da edə bilərik.
Sevilmək - körpəlikdən başlayan və bir ömür boyu davam edən, tükənməyən bir ehtiyacdır. Üstəlik ailəniz, dostlarınız, qohum-qonşunuz belə, sizi çox sevsə də, bu, yenə də qarşı cinsə olan bir sevgini əvəzləyə bilməz.
Sevmək sevilməkdən əvvəl gəlir, ya sonra? Bu, insandan insana dəyişən bir haldır. Bəziləri sevilməyi ilk başladır, bəziləri sevməyi hər şeydən dəyərli hesab edir.
Sevmək - bir insanın böyüməsi, ruhən yetkinləşməsi, təcrübə qazanması üçün son dərəcə vacib hesab olunur.
Sevilmək sonra gəlir. Qarşılıqlı sevgi yaşanan münasibətlər daha xoşbəxt olur.
Sevmək üçün sevilmək vacib deyil.
Sevgili - Ən dəyərli ehtiyaclarımızı, toxunmaq istəyimizi ödəyir. Yeni doğulmuş körpəyə kimsə toxunmasa, onun ölmək ehtimalının yüksək olduğunu bilirdinizmi. Məhz bu dəyərli istəyimizi ödəmək və sevilmək istədiyimiz üçün sevgiliyə ehtiyac duyuruq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB