Tallində dünyada ən uzun kilkəli buterbrod hazırlanacaq

Tallində dünyada ən uzun kilkəli buterbrod hazırlanacaq

Mayın 15-də Estoniya paytaxtının Ratuşa meydanında Tallinn Gününün açılışı çərçivəsində dünyada ən uzun kilkəli buterbrod hazırlanacaq.

Paytaxtın Kesklin rayonunun ağsaqqalı Mixail Korb deyib: "Ənənəyə görə, əlamətdar günlər rekordlarla qeyd olunur. Tallini çoxdandır kilkə şəhəri adlandırırlar. Buna görə də məhz kilkəni buterbrod üçün xammal seçmişik. Bizə məlumdur ki, indiyə kimi belə uzun buterbrod hazırlamaq cəhdi olmayıb".

Buterbrodu şəhərin mərkəzində yerləşən təxminən 20 restoran və kafenin aşbazları hazırlayacaqlar. Kulinariya şedevrini hazırlamaq tamamilə könüllüdür. Buterbrodun irəlicədən hazırlanmış hissələri birləşdiriləcək və bəzədiləcək.

Doğrudur, uzunluğu təxminən 20 metr, eni 30 santimetr olan buterbrodu yerləşdirmək üçün Ratuşa meydanında, yağış yağarsa, onun qalereyasında onlarca masa qoyulmalıdır.

Tallinin meri Edqar Savisaar və Mixail Korb buterbrodu kəsib arzu edənlərə paylayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə