Bundan sonra “Google”-dan özünüzə aid hər hansı linki çıxartdıra biləcəksiniz
Bundan sonra vətəndaşlar istədikləri zaman "Google" axtarış sisteminə müraciət edərək keçmişdə onlar haqqında çıxan məlumatların silinməsini tələb edə biləcəklər. SİA-nın xarici mətbuata istinadən xəbərə görə, Avropa Ədalət Məhkəməsi belə bir qərar qəbul edib.
Qərara əsasən əgər "Google" da vətəndaşın şəxsi həyatına təsir edəcək hər hansı məlumat olarsa, istənilən şəxs onu sildirmək imkanı əldə edə biləcək.
Məhkəmənin qərarına görə, "Google" da yayımlanan linklər müəyyən müddətdən sonra avtomatik olaraq silinməlidir. Belə olan təqdirdə baş verənlər müəyyən müddətdən sonra unudulacaq və onu aid olan vətəndaşın gələcək həyatına təsir etmək gücünü itirəcək.
Qeyd edək ki, bu qərara qədər isə məsələ ilə bağlı ilk olaraq ispan vətəndaşı olan Mario Costeja Google-a müraciət edərək 18 il bundan öncə onun daşınmaz əmlak ilə əlaqədar borca düşməsi və mülkünün zorla satmaq məcburiyyətində qalması ilə bağlı məlumatların silinməsini tələb etmişdi. Şirkətdən rədd cavabı alan Mario məsələ ilə bağlı İspaniya məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Mario məhkəmədə qalib gəlməsinə baxmayaraq istəyi yerinə yetirilmir, əvəzində isə axtarış sistemi tərəfindən Ali Məhkəməyə verilir.
Ali Məhkəmə isə məsələyə yenidən baxılması üçün işi Avropa Məhkəməsinə göndərir. Avropa Məhkəməsi məsələni araşdırdıqdan sonra Marionun xeyrinə nəticə çıxarır. Qərar təkcə Marioya deyil, bu arzuda olan hər kəsə aid olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB