Unitaz- portfel kəşf edilib

Yaponiya qeyri-adi kəşfləri ilə dünyanı təəccübləndirməkdə davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu dəfəki kəşf "Niban Too" şirkəti tərəfindən hazırlanıb. Adi portfel şəklində görünən kəşf açıldıqdan sonra unitaza çevrilir. Çəkisi 80 kq olan su keçirməyən diplomat möhkəm, lakin yüngül alüminiumdan hazırlanıb.

Onun tərkibinə poladdan hazırlanan unitaz formasında oturacaq yerləşdirilib. Portfeldə həmçinin müxtəlif əşyalar (qəzet, kitab, dəftər, qələm və.s) saxlamaq üçün ayrıca ciblər hazırlanıb. Portfelin yanından tualet kağızı yerləşdirmək üçün xüsusi yer də kəşfdən kənarda qalmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə