Bu şokoladların tərkibində narkotika var!

Bu şokoladların tərkibində narkotika var!

Barselona futbol klubunun emblemi formasında istehsal olunan şokoladlarda narkotik maddələr aşkar olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İspaniyada istehsal olunan bu şokoladların narkotik satışı ilə məşğul olan mafiya tərəfindən işlədilən laboratoriyada istehsal olunduğu aşkara çıxıb. Belə ki, İspan polisi tərəfindən aşkara çıxan bu laboratoriyada tərkibinə marixuana və kokain qatılan şokoladlar istehsal olunduğu aydınlaşıb.

Polis 9 nəfəri həbs edib. Laboratoriyadakı narkotikli şokoladların satışa çıxarılmasına qadağa qoyulub.

Polisin verdiyi məlumata görə, istehsal olunan şokoladlar həm tək, həm də qram şəklində satılıb. Uzun müddətdir satışda olan şokoladlardan indiyə qədər heç bir şikayət daxil olmayıb.

Laboratoriyada tərkibində narkotik maddə olmaqla digər futbol klublarının emblemi şəklində şokoladların istehsalı nəzərdə tutulurdu.

Bütün xəbərlər Facebook səhifəmizdə