Dünyanın ən böyük dovşanı FOTO

Dünyanın ən böyük dovşanı FOTO

Dünyanın ən böyük dovşanı olan Darius Guinnessin Rekordlar Kitabına düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ildə 4 mindən çox kök yeyən Dariusun sahibi dovşanın xərclərinin ağırlığından şikayət edib.

"Nə qədər yesə də doymaq bilmir. Yemək xərci çox olduğundan ödəməkdə çətinlik çəkirəm"- deyən, Annette Edwards dovşanının artıq çəkidən xilas olmasını istəyir.

22 kiloqram ağırlığında olan Darius gündə 12 kök yeməklə yanaşı alma, kələm salatlarını da sevir. Bu da onun sahibinə ildə 11 min dollara başa gəlir.

Guinnessin Rekordlar Kitabına "Dünyanın ən böyük dovşanı" kimi qatılan Darius evdə özünü rahat hiss edir.

"Hətta mənimlə kresloda oturub televizor izləyir"- deyə, Annette Edwards qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə