“Facebook” xüsusi xidmət orqanları ilə əməkdaşlığa həvəs göstərir

“Facebook” xüsusi xidmət orqanları ilə əməkdaşlığa həvəs göstərir

Çexiyada çıxan "Dnes" qəzetinin yazdığına görə, "Google" və "Facebook" şirkətləri bu və ya digər istifadəçi haqqında məlumatların təqdim edilməsi barədə xahişlərlə onlara müxtəlif ölkələrin xüsusi xidmət orqanları tərəfindən müraciətlər barədə informasiya dərc ediblər.

Məlumatda belə sorğuların neçə faizinin təmin edilməsi də göstərilir. Bu informasiyanın dərc edilməsi ilk dəfə 2009-cu ildə başlanıb. O vaxtdan bəri dünyanın bütün ölkələrinin xüsusi xidmət orqanlarından Amerika şirkətlərinə daxil olmuş sorğuların ümumi sayı 120 faiz artıb. Keçən il "Google" şirkəti Çexiyadan bu və ya digər istifadəçilər haqqında informasiyanın açıqlanması xahişi ilə 155 rəsmi ərizə alıb. Həmin müraciətlərdən 61-i təmin edilib.
2013-cü ildə "Facebook" şirkəti Çexiyadan cəmi 24 sorğu almışdır. Lakin bu məşhur sosial şəbəkə xüsusi xidmət orqanları ilə "Google" şirkətindən daha böyük həvəslə əməkdaşlıq edir. Belə ki, "Facebook" ona daxil olmuş 24 sorğudan yalnız birinə aid informasiyanı verməkdən imtina edib.

Bütün xəbərlər Facebook səhifəmizdə