İranda baş verən hadisə eşidənləri dəhşətə gətirir. SİA fars mətbuatına istinadən xəbər verir ki, edam zamanı 25 yaşlı Abdullah Hüseynzadə öldürdüyü şəxsin anası Balal tərəfindən bağışlanıb.
Belə ki, edam üçün meydana toplanmış şəxslər arasında Abdullah Hüseynzadənin ailəsi ilə yanaşı, onun qətlə yetirdiyi yeniyetmənin anası Balal da olub. Edamın baş verdiyi anda Balal izdihamdan ayrılaraq Abdullahın yanına gəlib və onu bağışladığını deyib. Göz yaşı tökən Balal daha sonra oğlunun qatilinin anasını qucaqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB