İnsan hansı yaşda kamilliyə çatır?

İnsan hansı yaşda kamilliyə çatır?

İnsanın ən kamil dövrü 24 yaşına təsadüf edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Kanada alimləri apardıqları araşdırma nəticəsində qənaətə gəliblər. Kanadanın "Simon Fraser Universitetinin" alimləri apardıqları təcrübə əsasında müəyyən ediblər ki, insanın elmi bacarıq səviyyəsi 24 yaşında ən yüksək zirvəyə çatır.

3305 könüllü arasında aparılan təcrübəyə əsasən 24 yaşından sonra beyində elmi bacarıq səviyyəsi aşağı düşməyə başlayır. Alimlərin fikrincə, bu yaşdan sonra elmi bacarıqların səviyyəsi aşağı düşsə də, insanlarda "hiyləgərliyin" səviyyəsi yüksəlməyə başlayır. Alimlər araşdırmanı könüllülərə kompyuter oyunları oynatmaqla aparıblar. Oyunlar zamanı 24 yaşına qədər olanlar daha sürətli, bu yaşdan yuxarı olanlar daha zəif nəticə göstəriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə