Qaqarin kosmosa uçmamış arvadına nə yazmışdı? MARAQLI

Qaqarin kosmosa uçmamış arvadına nə yazmışdı? MARAQLI

Rusiyada satışa çıxarılmış yeni kitab 1961-ci ildə kosmosa uçmuş ilk insan olan sovet kosmonavtı Yuri Qaqarin barədə böyük yalanların olduğundan bəhs edir. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, rus jurnalist, yazıçı və alim Anton Pervuşin "Dünyanı dəyişdirən 108 dəqiqə" adlı kitabında Qaqarini kosmosdan qaytaran kapsulun ilkin hesablanaraq müəyyənləşmiş yerə deyil, məhz 320 km aralıya düşdüyünü yazıb.

"Qaqarin barədə yalanlara hələ də inanırsınız?! Sovetlər Birliyi Yuri Qaqarinin kosmosa çıxarılması və geri qaytarılmasını "fantastik uğur" kimi qələmə versələr də, həmin əməliyyatlarda çox ciddi səhvlər və xətalar olmuşdu. Eyni zamanda Qaqarin kosmosdan əslində "Vostok" kapsulu ilə deyil paraşütlə eniş edib" - deyə, Pervuşin yazıb.

Lakin kitabın maraq doğuran məqamı Yuri Qaqarinin kosmosa göndərilməzdən əvvəl arvadına yazdığı məktubun mətnidir. Məktubda yazılıb: "Əgər orada ölsəm, kədərlənib sən də ölmə. İnsanlar bəzən yeriyəndə də yıxılır, boyunlarını sındırırlar. Orada da başıma hər iş gələ bilər. Əgər başıma pis iş gəlsə, kədər və qüssəyə qapılma. Ən azı ona görə ki, bir gün kiminsə maşın zərbəsindən ölməyəcəyimə təminat yoxdur".

Qeyd edək ki, Yuri Qaqarin reaktiv təyyarənin sınaq uçuşu zamanı qəzaya uğrayaraq həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə