Amerikada Missuri universitetinin ekspertləri təsdiq ediblər ki, "Twitter" sosial şəbəkəsi cütlüklər arasında fikir ayrılıqlarına, hətta boşanmalara gətirib çıxarır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu sorğuda iştirak edən və sözügedən şəbəkəni həyatının bir hissəsi hesab edən 581 nəfər təsdiqləyib. Araşdırmada cavanlarla yanaşı, ailə həyatında kifayət qədər təcrübəli olan insanlar da iştirak ediblər.
Nəticəyə görə, "Twitter" cütlüklər arasında qısqanclığa səbəb olur ki, bu da onlar arasında inamsızlığa gətirib çıxarır.
Növbəti araşdırma isə "Facebook" sosial şəbəkəsinin insanların həyatına təsiri ilə bağlı olub. Bu araşdırmanın nəticələrinə görə isə sözügedən sosial şəbəkədən istifadə edənlərin müəyyən hissəsi həyat yoldaşlarını keçmiş sevgilisi ilə dəyişməyə meylli olurlar.
Bütün bunları nəzərə alaraq alimlərin belə qənaətə gəliblər ki, ailəsini və sevgi münasibətlərini uzun müddət saxlamaq istəyən cütlüklər istirahət etmək üçün internetə giriş qadağan olunan yerləri düşünməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB