Nyu-Yorkda pterozavrda uçmaq təklif olunur

Nyu-Yorkda pterozavrda uçmaq təklif olunur

Nyu-Yorkda yerləşən Amerika Təbiət Tarixi Muzeyi tarixdən əvvəlki kələzlərlə birlikdə virtual səyahətə yollanmağı təklif edir.
Aprelin 5-də muzeydə pterozavrların həyatına həsr olunmuş interaktiv sərgi açılır.
Röyter agentliyinin yaydığı xəbərə görə, ekspozisiyada ən nadir arxeoloji tapıntılar – qanadlı sürünənlərin Braziliya, Çin və Rumıniyada aşkar edilmiş skeletləri və sümükləri, habelə onların boyu bərabərində surətləri toplanıb.
Amerika Təbiət Tarixi Muzeyinin paleontologiya şöbəsinin müdiri Mark Norel hesab edir ki, pterozavrlar nadir heyvan qrupu sayılır. Onlar fəal uçmağa başlamış ilk onurğalılardır. Pterozavrlar bizə məlum olan ən böyük uçan heyvanlardır. Bəzilərinin qanadının açılmış vəziyyətdə uzunluğu on metrə çatır. Bu isə həddindən artıq çoxdur".
Hazırda alimlərə 150 milyon il ərzində planetimizdə yaşamış bu qədim heyvanların 150-dən çox növü məlumdur.
Sərgi gələn ilin əvvəlinə qədər davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə