Velosipedləri üçün dayanacaqlar

Praqa meriyası "bikeshering" layihəsi (velosipedlərdən birgə istifadə edilməsi) çərçivəsində yaxın bir il yarım ərzində paytaxt küçələrində təqribən min velosiped yerləşdirmək niyyətindədir. Şəhər sakinləri velosipedlərin kirayəsi üçün ildə təqribən 500 krona verməli olardılar. Praqa meri Tomaş Qudeçek bildirmişdir ki, ilkin investisiyalar təqribən 50 milyon kronadır.

Hazırda şəhər münasib tərəfdaş axtarır. Meriya başa düşür ki, şəhər velosipedləri oğruların "qurbanına" çevriləcək, amma ümid edir ki, velosipedlərin xüsusi dizaynı cinayətkarları bundan çəkindirəcək.

Mer deyib: "Oğurladıqdan sonra bu velosipedlərdə gəzmək əslində real olmayacaq, çünki onların oğurlandığı göz qabağında olacaqdır".

Keçənilki məlumata görə, Çexiya paytaxtında təqribən 120 min adan velosipedlərdə hərəkət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə