Planetin ən yaşlı qadını yapon Misao Okava martın 5-də 116 yaşını qeyd edib.
Bu münasibətlə Osaka şəhərinin meri Takehiro Oqura onu yaşlılar evində ziyarət edərək doğum gününü təbrik edib, ona gül dəstəsi təqdim edib.
M.Okava 1898-ci il martın 5-də Yaponiyanın Osaka şəhəri yaxınlığındakı bir kənddə anadan olub. 1919-cu ildə ailə həyatı quran M.Okavanın üç övladı dünyaya gəlib. Hazırda onlardan ikisi 90 yaşını ötüb, biri isə vəfat edib.
2013-cü ildə həmyerlisi Koto Okuba vəfat etdikdən sonra M.Okava planetin ən yaşlı qadını olub. 115 yaşı ərərfəsində Ginnesin rekordlar kitabının nümayəndələri ona müvafiq sertifikatı təqdim ediblər.
Hazırda M.Okava rəsmi olaraq dünyanın ən yaşlı sakini hesab edilir. Belə ki, bu statusun sahibi olan yaponiyalı Ziroemon Kimura 2013-cü il iyunun 12-də 116 yaşında vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB