“Ağıllı” şəhər tikiləcək

“Ağıllı” şəhər tikiləcək

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) özünü enerji və digər resurslarla tam təmin edən "ağıllı" şəhər tikiləcək. Bu barədə "Arabian Business" nəşri məlumat verib.

Layihənin Dubayın Əl-Avir yaşayış məntəqəsi yaxınlığında həyata keçirilməsi planlaşdırılır. "Ağıllı" şəhərdə bütün binaların damları ümumi gücü 200 meqavat təşkil edən günəş panellərlə təchiz ediləcək. Bundan əlavə, şəhər 40 min kubmetrdən artıq suyu emal edəcək. Yaşayış yeri səhra gülü şəklində tikilməklə "yaşıl" məntəqələrlə əhatə olunacaq.

2020-ci ilədək tikintisinin başa çatdırılması və 160 min nəfərin yaşaması üçün nəzərdə tutulan şəhərin sahəsi 5 min 660 hektarı ötəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə