Soyuqdəymə deyib keçməyin

Yaddaşın zədələnməsi üçün soyuqdəymə və ya qripə yoluxmaq kifayətdir. SİA-xarici mətbuata istinadən xəbər verir ki, sağlam və cavan insanlarda bu, uzunsürən nəticələrə, demək olar ki, səbəb olmur. Yaşlı insanlar üçün isə bu kəşf böyük əhəmiyyət kəsb edir. Onlarda yaddaş üçün cavabdeh olan beyin zəncirləri iltihaba xüsusilə həssasdırlar.

Soyuqdəymə deyib keçməyin. Britaniyalı alimlər müəyyən ediblər ki, infeksiyadan sonra beyində yaranan iltihab məkan xatirələrinin formalaşmasına mənfi təsir edir. Ciddi infeksiyaların yaşlı insanlarda uzun müddət koqnitiv pozuntulara səbəb olduğu artıq məlumdur. İltihab demensiyası və Alzheimer xəstəliyi olan pasiyentlərin vəziyyətinin kəskin pisləşməsinə səbəb olur.

Beləliklə iltihabın səviyyəsinə nəzarət etməyə nail olunarsa, onda koqnitiv qabiliyyətlərin azalmasını əngəlləmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə