244 milyon dollarlıq ecazkar körpü MARAQLI

244 milyon dollarlıq ecazkar körpü MARAQLI

Amerikada inşa edilən "Sunshine Skyway" körpüsü öz ecazkarlığı ilə görənləri heyran edir. Florida ştatında Tampa körfəzində yerləşən körpünün uzunluğu 6,67 km-dir. Körpünün inşasına 1982-ci ildə başlanılıb və 1987-ci ilin fevral ayında tamamlanıb. Ümumi dəyəri 244 milyon dollar olan körpü, "American Bridge Company" tərəfindən beton və poladdan inşa edilib. Dizayn isə "Figg & Muller" mühəndislik qrupuna aiddir.

Qeyd edək ki, "Travel Channel" tərəfindən "Sunshine Skyway" körpüsü dünyadakı 3-cü ən yaxşı körpü kimi təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə