Korporativ proqram təminatı üçün alışların 6-7 faiz artacağı gözlənilir
Dünya informasiya texnologiyaları (İT) bazarının artımı smartfon və planşetlərin satış həcmində artımın qaçılmaz zəifləməsi ilə yanaşı, bir sıra inkişaf etməkdə olan ölkələrin iqtisadi vəziyyəti ilə yubanır. SİA-nın məlumatına görə bu barədə "IDC" analitik şirkətinin "Worldwide Black Book" hesabatında deyilir.
Analitiklər dünya İT bazarının artım proqnozunu 5 faizdən 4,6 faizədək azaldıblar ki, bu da ötənilki 4,8 faizdən bir qədər aşağıdır. Lakin ABŞ və Qərbi Avropada fəallığın artacağı gözlənilir. Belə ki, şirkətlər infrastrukturun dəyişdirilməsi və təkmilləşdirilməsinə vəsaitlər yatırmağa başlayır, server və məlumatların saxlanılması sistemlərinin alışı 3 faiz artır.
Fərdi kompüterlər bazarında da analitiklər sabitləşmənin əlamətlərinin olduğunu bildirirlər. Avadanlıqlara vəsait qoyuluşlarının artması İT sahəsində xidmətlər sahəsinin 4 faiz yüksəlməsinə səbəb olacaq, habelə korporativ proqram təminatı üçün alışlar 6-7 faiz artacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB