“Ağıllı” yemək qabına yarım milyon dollardan çox sərmayə qoyulub
"Mail.ru Group"un investisiya şirkətinin baş direktoru ev heyvanlarının məsafədən və düzgün yedizdirilməsi üçün robotun yaradılmasına yarım milyon dollardan çox vəsait qoyub.
"Grishin Robotics" şirkəti ev heyvanları üçün "PetNet" robotunun yaradılmasına 1,125 milyon dollar sərmayə yatırıb. Bu vəsait işçi heyətin genişləndirilməsinə və yeni "SmartFeeder" məhsulunun hazırlanmasına və yeni qurğuların yaradılmasına yönəldiləcək.
"Smart Feeder" – ev heyvanını məsafədən yedirmək üçün nəzərdə tutulmuş qurğudur. O, eyni zamanda ev heyvanının yeməyinə nəzarət edir, onun yaşından və növündən asılı olaraq rasionunu müəyyən edir. Gələcəkdə robot ev heyvanı haqda məlumatları analiz edəcək və alqoritmləri düzəldəcək.
Heyvanın sahibi yemək statistikasına baxaraq onu digər "PetNet" istifadəçilərinin göstəriciləri ilə müqayisə edə biləcək. Qurğu sahibinə yeməyin bitməsi haqda məlumat göndərəcək və o, birbaşa servisin interfeysindən sifariş edə biləcək.
Məhsul xüsusi dözümlü materialdan düzəldilmiş və artıq onu dünya üzrə 10 min nəfər sifariş etmişdir. Satışın bu ilin ortalarında başlanacağı gözlənilir. Hazırda qurğunu endirimlə 199 dollara almaq olar, gələcəkdə isə onun qiyməti 249 dollar olacaq. Sərmayədarlar bildiriblər ki, ev heyvanlarına qulluq üzrə dünya bazarının həcmi 100 milyard dollara yaxın təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB