30 karatlıq mavi almaz tapılıb

Cənubi Afrikada dünyada çox nadir hallarda rast gəlinən, çəkisi 29,6 karat olan mavi almaz tapılıb. Petra Diamonds şirkəti tərəfindən tapılan almazın satış qiymətinin on milyonlarla dollar olduğu bildirilib.

Ölkənin paytaxtı yaxınlığındakı Cullinan şaxtasında aparılan qazıntı işləri zamanı tapılan bu almaz karatlığına görə yeganə almaz deyildir. 1905-ci ildə həmin şaxtada 3.106, 2013-cü ildə isə 25,5 karatlıq almaz tapılıb. Sonuncu -25,5 karatlıq almaz 16,9 milyon dollara (12,5 milyon avro) satılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə