İran alimlərinin fikrincə, manqalüstü yeməklər və kabablar insan orqanizmi üçün təhlükəli ola bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, alimlər loborotoriyada aparılan testlər nəticəsində tavada, açıq odun üzərində və ya manqalda hazırlanan ətin tərkibində zərərli maddələrin yarandığını müəyyən ediblər. Onların fikrincə, ət məhsullarının bu tip hazırlanması avtomobildən çıxan tüstünün insan orqanizminə göstərdiyi mənfi təsirə bərabərdir. Alimlər düşünürlər ki, kababı dadlı edən amil taxta parçaların yanması nəticəsində əmələ gələn tüstünün ətin üzərinə hopmasıdır.
Alimlər onu da müəyyən ediblər ki, kababın hazırlanması zamanı tüstünun tərkibi ilə ət arasında gedən zərərli birləşmələr insan orqanizmində xərçəng xəstəliyi riskininin artmasına da səbəb olur. Qeyd edilir ki, manqalüstü yeməklərin hazırlanması zamanı odunun yanması nəticəsində çıxan tüstü siqaret tüstüsündən də zərərlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB