Finlandiyada avtobusda gediş haqqını zəncəfilli pryaniklə ödəmək mümkün olacaq
Finlandiyanın "Yle" xəbərlər teleradio şirkəti xəbər verir ki, Milad bayramı ərəfəsində Finlandiya sakinləri ölkənin nəqliyyat şirkətlərindən birinin avtobuslarına biletin haqqını zəncəfilli pryaniklə ödəyəcəklər.
Tədbirin şərtlərinə görə, şirkətin əməkdaşları yalnız o zəncəfilli pryanikləri qəbul edəcəklər ki, onların üzərində gediş-gəliş məntəqəsi əks etdirilmiş olsun. Bundan başqa, pryaniklər dadlı olmalı və ev şəraitində hazırlanmalıdır.
Aksiyadakı biletlərin sayı məhdud olacaq: yalnız 500 nəfər pryanik verib şirkətin avtobuslarına minə biləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB