Türkiyənin Düzcə şəhərində jandarm qüvvələri qədim Roma dövrünə aid xeyli sayda qızıl sikkə ələ keçirib.
Düzcə vilayət jandarmeriyası əməkdaşlarının apardığı əməliyyat nəticəsində qədim Roma dövrünə aid 300 ədəd qızıl sikkə ələ keçirilib. İstanbuldan Düzcə şəhərinə gələn şəxsin tarixi əsərlərin qaçaqçılığı ilə məşğul olduğu barədə məlumat əldə edən jandarm qüvvələri şübhəlini 1 həftəlik təqibdən sonra saxlaya biliblər.
Sikkələr həmin şəxsin idarə etdiyi avtomobildə aşkar edilib.
Faktla bağlı araşdırma davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB