2017-ci ilədək smartfonlar insanlardan daha “ağıllı” olacaq

2017-ci ilədək smartfonlar insanlardan daha “ağıllı” olacaq

"Gartner" analitik agentliyinin hesabatına əsasən, 4 il sonra mobil qurğular o qədər ağıllanacaq ki, məsələn, öz sahibinin sonrakı hərəkətini və ya onun yeni satın almasını öncədən söyləyə biləcəkdir.

Ekspertin sözlərinə görə, 4 il sonra smartfonlar faktiki olaraq rəqəmsal katiblərə çevriləcəklər. Onlar insanlardan daha bilikli olacaqlar. Lakin bu, yalnız o halda mümkün olacaqdır ki, istifadəçi məlumatlarının "bulud" sistemində saxlanılması və emalına razılaşsın.

Smartfonlar təqvimdən informasiya əldə edəcək, müxtəlif göstəriciləri təhlil edəcəkdir. Artıq yuxarıda sadalananların bəziləri reallaşıb. "Android" platforması ilə işləyən qurğularda "Google Now" şəxsi köməkçisini xatırlamaq kifayətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə