Səkkiznüvəli mobil prosessorlu mobil telefonlar istehsal olunacaq
"MediaTek" şirkəti 28 nanometr texnoloji proses üzrə hazırlanmış səkkiznüvəli "MT6592" mobil prosessorunu təqdim edib. İddialara əsasən, yeni çip tarazlaşdırılmış enerji sərfiyyatı zamanı yüksək məhsuldarlıq göstərir.
Prosessor 4K formatında video fayllarını dəstəkləyir. "MT6592" çipləri "Full HD" ekranlarını, 16 Mp təsvir ölçülü kameraları, həmçinin ikidiapazonlu "Wi-Fi 801.11n", "Miracast", "Bluetooth" və "GPS" modullarını dəstəkləyir.
İstehsalçı ilin sonunadək yeni çiplə təchiz edilmiş mobil qurğuların bazara çıxarılmasına söz verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB