Böyük Britaniya əhalisinin kredit borcu rekord səviyyəyə - 1,43 trilyon funt sterlinqə çatıb.
Bu barədə Londonda çıxan "İndependent" qəzeti məlumat verib.
Nəşr yazır: "Beləliklə, hər britaniyalı ailənin borcu orta hesabla 54 min funt sterlinq (87 min dollar) təşkil edir ki, bu da 2003-cü ilin göstəricisindən iki dəfə çoxdur".
Qəzet qeyd edir ki, "əsas borc daşınmaz əmlakın alınması üçün kreditlərin payına düşür".
Mütəxəssislər bildirirlər ki, hazırda britaniyalıların borcu Birləşmiş Krallığın ümumi daxili məhsulunun 94 faizini təşkil edir.
Avropa ölkələri arasında daha yüksək göstərici yalnız İrlandiyadadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB