Rəngini dəyişən avtomobil istehsal olunacaq

Rəngini dəyişən avtomobil istehsal olunacaq

Hər zaman yeni ideyaları ilə müştərilərini təəccübləndirməyi bacaran "Toyota Motor" şirkəti şərti olaraq Toyota FV2 adlanan avtomobil istehsal etməyi planlaşdırır. Sahibinin üz ifadələrinə əsasən rəngini dəyişə bilən buqələmun tipli avtomobil modelinin bu ay "Tokio Motor Şou"da sərgilənməsi nəzərdə tutulub. Mimika və səs tanıma robotlarının istehsalı üçün artıq mühəndislərə müraciət edilib.

Beləliklə, Toyota yol qəzalarının qarşısını almağa kömək edən, özünü idarəetmə imkanına malik, kompyuter dəstəkli "ağıllı" avtomobillər sırasına qoşulur.

Toyota məhsul planlaşdırma qrupunun meneceri Takeo Moriai bildirib ki, avtomobil kiçik yaşlarından smartfon və iPad istifadəçisi olan "rəqəmsal nəsil" istehlakçıları üçün istehsal olunacaq.

Qeyd edək ki, 2015-ci il ərəfəsində "Tokio Motor Şou"da hidrogen dəstəkli avtomobilin ilkin versiyası da təqdim ediləcək. Dizayn seçimi zamanı şirkət katamaranın görünüşü və axar sudan bəhrələnib. Yeni avtomobil noyabrın 23-dən dekabrın 1-dək davam edəcək sərgidə nümayiş etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə